Paytaxtın Binəqədi rayonunda tərk edilmiş tikilidə yanğın baş verib. Bu haqda bu gün, 1 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 220 kv.m olan birmərtəbəli tikilinin 2 otağında baş verib. Nəticədə qapı və pəncərə çərçivəsi, eləcə də içərisində olan 1 ədəd divan yanıb. Tikilinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.