Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma 80 kv.m olan birmərtəbəli 3 otaqlı evdə qeydə alınıb. Tikilinin 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə və digər otaqda çarpayı yanıb.
Əlavə olaraq, yüksək temperaturdan plastik pəncərə çərçivəsi və dəhlizdə televizor əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.