Binəqədi rayonunda birmərtəbəli evdə yanğın olub. Bu haqda bu gün, 29 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Ümumi sahəsi 20 kv.m olan 1 otaqlı evdə 5 kv.m sahədə ev əşyaları yanıb. Yüksək temperaturdan evin lambirdən ibarət tavanı 10 kv.m sahədə əriyib.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov söndürülüb.