Bakının Binəqədi rayonunda evdə yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma birmərtəbəli 4 otaqlı evdə qeydə alınıb. Ümumi sahəsi 200 kv.m olan tikilinin mətbəxində soyuducu, qaz sobası və lambirdən ibarət tavan 5 kv.m sahədə yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Ev yanğından mühafizə olunub. Yanğın söndürülüb.