Bakının Binəqədi rayonunda avtomobildən oğurluq edilib. Bu haqda bu gün, 23 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, yanvarın 22-nə keçən gecə rayon ərazisində yerləşən avtoyuma məntəqələrinin birində “BMW” markalı avtomobildən 2720 manat oğurlanıb.
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən Bərdə rayon sakini Elvin Abbasov saxlanılıb.
Hazırda faktla bağlı araşdırmalar aparılır.