Paytaxtın Binəqədi rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 25 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma “BMW” markalı nəqliyyat vasitəsinində baş verib. Nəticədə avtomobilin mühərrik hissəsi və yük yeri yanıb, salon qarsalanıb. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.