Bakının Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma binanın birinci mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 120 kv.m olan emalatxanada çap aparatı və elektrik tənzimləyicisi yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Obyekt yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.