Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma birmərtəbəli evdə qeydə alınıb. Ümumi sahəsi 64 kv.m olan 2 otaqlı tikilinin yanar konstruksiyaları yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.