Paytaxtın Binəqədi rayonunda evdən pul oğurlanıb. Bu haqda bu gün, 9 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini V.Vəliyev rayon ərazisində yerləşən evlərin birindən 800 AZN pul və 310 AZN-lik qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırmalar davam edir.