Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, evlərin birindən 1200 manat oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən N.Qəhrəmanova saxlanılıb.
Hazırda araşdırma aparılır.