Binəqədi rayonunda geyim mağazası yanıb. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 25 kv.m olan obyektdə baş verib. Nəticədə mağaza tamamilə, ona bitişik ofis isə 0,5 kv.m sahədə yanıb. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.