Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Adıçəkilən rayonun həyətyanı sahəsində yığılan əşyalar 10 kv.m sahədə yanıb. Nəticədə yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 900 kv.m olan ikimərtəbəli 10 otaqlı mansard tipli evin çöl divarına quraşdırılan kondisionerin mühərriki, 1-ci mərtəbəsində plastikdən ibarət 4 pəncərə çərçivəsi əriyib və 2-ci mərtəbəsinin eyvanının taxta atmaları qarsalanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.