Bakının Binəqədi rayonunda yerləşən hin və köşk yanıb. Bu haqda bu gün, 16 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 150 kv.m olan bir-birinə bitişik tikililərdə baş verib. Nəticədə 10 kv.m olan hin və 12 kv.m olan köşkün yanar konstruksiyaları 8 kv.m sahədə yanıb. Köşkün və bitişik tikilinin qalan hissəsinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.