Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma ikimərtəbəli evdə qeydə alınıb. Ümumi sahəsi 110 kv.m olan tikili tamamilə yanıb. Əlavə olaraq ona bitişik, sahəsi 150 kv.m olan birmərtəbəli 6 otaqlı evin dam örtüyünün taxta atmaları 5 kv.m sahədə yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.