Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 2 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma ümumi sahəsi 2900 kv.m olan ikimərtəbəli obyektin 1-ci mərtəbəsində qeydə alınıb. Nəticədə 450 kv.m sahəsi olan taxta sexinin içərisində materiallar 7 kv.m sahədə yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Obyekt yanğından mühafizə olunub. Yanğın söndürülüb.