Binəqədi rayonunda 45 yaşlı kişi intihar edib. Bu haqda bu gün, 3 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsində baş verib. Fariz Vəliyev yaşadığı evin həyətində özünü asıb. Onun hansı səbəbdən bu addımı atdığı məlum deyil.
Faktla bağlı prokurorluqda araşdırmaya başlanılıb.