Paytaxtın Binəqədi rayonunda şirkətdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Qədimov Binəqədi qəsəbəsi ərazisində yerləşən şirkətlərin birindən mühərrik naqilləri, 1780 AZN dəyərində dəmir tor və pilləkənlər oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.