Binəqədi rayonunda yerləşən istixanada nöqsanlar aşkarlanıb. Bu haqda 12 iyun tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Rayonun Mədən küçəsində yerləşən istixanada aparılan yoxlamalar zamanı işçi heyətinin tibbi müayinədən keçmədiyi, onlar üçün soyunub-geyinmə otağının, eləcə də bir sıra sənədlərin olmadığı məlum olub.
Faktla bağlı sahibkar məsuliyyətə cəlb olunub. Nöqsanların aradan qaldırılması üçün göstərişlər verilib.
[caption id="attachment_103208" align="alignnone" width="640"]
Foto AQTA-nın rəsmi saytı[/caption]