Paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində kütləvi davada bıçaqlanma baş verib. Bu haqda bu gün, 20 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Banuçiçək” restoranının yaxınlığında baş verən dava zamanı 20 yaşlı Sahib Eyvazov, 25 yaşlı Fərid Eyvazov və 19 yaşlı Məhəmməd Musayev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıblar.
Hər 3 yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb.