Bakının Binəqədi rayonunun 28 May qəsəbəsi ərazisində yerləşən “Təklə” kafesində bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 28 fevral tarixində APA məlumat verib.
Şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Pənah Hüseynov Bakı sakini Hüseyin Hüseynovu bıçaqlayıb.
Hadisə ilə bağlı cinayət işi başlanılıb.