Binəqədi rayonunda intihar hadisəsi baş verib. Bu haqda bu gün, 4 iyul tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Hadisə rayonun Binəqədi qəsəbəsində qeydə alınıb. Rəhim Qasımov mənzillərin birində sirkə turşusu içərək özünə qəsd edib. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.