Bakının Binəqədi rayonunda keçmiş məhkumda heroin aşkar olunub. Bu haqda bu gün, 8 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Keçirilən əməliyyat zamanı Bakı sakini, əvvəllər məhkum olunmuş Tərlan İbadov saxlanılıb. Ondan 1 kiloqram 26 qrama yaxın heroin götürülüb.
Faktla bağlı araşdırma aparılır.