Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 29 sentyabr tarixində Lent.az məlumat verib.
Naməlum şəxs və ya şəxslər 37 yaşlı kişinin boğazını kəsərək hadisə yerindən yayınıblar.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisənin başvermə səbəbləri hazırda məlum deyil.
Faktla bağlı araşdırma aparılır.