Bakının Binəqədi rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 20 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə İbrahimpaşa Dadaşov küçəsində qeydə alınıb. Eldəniz Həsənovun idarə etdiyi "Ford Transit" markalı avtomobil yolu keçən 65 yaşlı Məryəm Rzayevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.