Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Adıçəkilən rayon ərazisində “Lada” markalı avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunub. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.