Paytaxtın Binəqədi rayonunda mağazadan oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Füzuli rayon sakini E.Mahmudov adıçəkilən rayonun A.Kunanbayev küçəsində yerləşən mağazaların birindən pul, 1565 AZN dəyərində 9 ədəd ətir, 5 ədəd mobil telefon və aksesuarlar oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırma aparılır.