Paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində azyaşlılar mağazadan oğurluq ediblər. Bu haqda bu gün, 12 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
3 nəfər Bakı şəhər sakini olan azyaşlılar rayon ərazisində yerləşən mağazaların birindən 250 AZN pul, eləcə də 3750 AZN dəyərində çanta, qol saatı və geyim əşyalarını oğurlamaqda şübhəli bilinərək tutulublar.
Faktla bağlı araşdırmalar davam edir.