Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 20 kv.m olan mağazanın qarşısında 7 kv.m sahədə yığılan taxta taralar yanıb. Yüksək temperaturdan mağazanın plastikdən ibarət qapısı və lambirdən ibarət tavan 2 kv.m sahədə əriyib.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.