Paytaxtın Binəqədi rayonunda baş vermiş yanğın söndürülüb. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Açıq ərazidə baş vermiş yanğın FHN-in əməkdaşları tərəfindən lokallaşdırılıb və söndürülüb. Yanğın mazut qalıqları və qamışlıq sahədə qeydə alınıb. Alov ətraf infrastruktura ziyan vurmayıb.
Daha öncə adıçəkilən rayonda yerləşən 350 kv.m açıq ərazidə yanğın başlaması barədə məlumat verilmişdi.