Paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində zəncirvari qəza baş verib. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Nissan” markalı nəqliyyat vasitəsi yüksək sürətlə hərəkətdə olan zaman öncə “BMW”, daha sonra isə yol kənarında dayanan “Qazel”, “Chevrolet” və “Hyundai” markalı avtomobillərə çarpılıb. “Nissan” bordürə dəydikdən sonra dayanıb. Onun sürücüsünün narkotik təsiri altında olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Araşdırmalar davam edir.
[URIS id=80816]