Binəqədi rayonunda moped oğruları tutulublar. Bu haqda bu gün, 30 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə M.Ə.Rəsulzadə qəsəbəsində baş verib. Bakı şəhər sakini O.Xəlilli və Kürdəmir rayon sakini N.Hüseynov qəsəbə ərazisində Ş.Rüstəmova məxsus mopedi oğurlamaqda şübhəli bilinirlər.
Onlar barəsində araşdırmalar davam edir.