Bakının Binəqədi rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, aprelin 22-də “Tufan-M 50” markalı motosiklet qaçırılıb.
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Nizam Səfiyarlı həmin motosikletlə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.