Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 30 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Azadlıq prospektində yerləşən şadlıq evinin qarşısında baş verib. Naməlum şəxs Alik Ələkbərova hücum edərək ona bıçaqla xəsarətlər yetirib.
Faktla bağlı araşdırmalar aparılır.