Binəqədi rayonunda narkokuryer tutulub. Bu haqda bu gün, 19 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Rəşad Quliyev saxlanılıb. Onun üzərindən 3 kiloqrama yaxın heroin tapılıb. R.Quliyev “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından onlayn yolla narkotik almaqda və onu paytaxt ərazisində yaymaqda şübhəli bilnir.
Faktla bağlı araşdırmalar davam edir.
Binqədi rayonunda cari ilin may ayından etibarən keçirilən əməliyyatlar zamanı 46 nəfər saxlanılıb.