Bakının Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində oğurluğa cəhd edən şəxs saxlanılıb. Bu haqda bu gün, 22 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Aprelin 17-də polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində, evlərin birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Qərib Muradov, Aqşin Alıyev, Şamil Kubayev, Bəhruz Abdullayev və Nurlan Alıyev saxlanılıblar.
A.Alıyevdən heroin, Ş.Qubayev, B.Abdullayev və N.Alıyevdən isə metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.