Paytaxtın Binəqədi rayonunda silsilə oğurluqlar edən şəxs tutulub. Bu haqda bu gün, 16 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvəllər də oğurluğa görə məhkum olunmuş Bakı şəhər sakini T. Zeynalov 3 avtomobildən, rabitə qovşaqlarından və şəxsi torpaq sahələrindən oğurluq edib. O, vətəndaşlara ümumilikdə 7000 AZN-dən artıq ziyan vurub.
Onun barəsində araşdırmalar davam edir.