Bakının Binəqədi rayonu, Dərnəgül qəsəbəsində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 19 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş Azad Süleymanov saxlanılıb.
O, adıçəkilən ərazidə yerləşən köşkdən 1700 manat dəyərində təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.