Bakının Binəqədi rayonunda yerləşən evlərdən oğurluq edilib. Bu haqda bu gün, 29 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, fevralın 25-də evlərin birindən cibində 12.000 manat pul olan gödəkcə, Goradil bağlarında isə iki evdən təmir alətləri oğurlanıb.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş İntiqam Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.