Fatmayı bağları ərazisində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, Fatmayı bağlar sahəsində evlərin birindən 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Məmmədşah Rüstəmov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.