Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 14 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, bir nəfərin bank kartından 318 manat oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Hazırda araşdırma aparılır.