Paytaxtın Binəqədi rayonu, Cavadxan küçəsi, 51 ünvanında baxımsız liftin fəaliyyəti dayandırılıb. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
“Xəzər tikinti-2004” MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasında yoxlama aparılan zaman liftdə təhlükəsizlik tələblərinə riayət olunmadığı və insanların həyatının təhlükə altında olduğu məlum olub.
Bununla bağlı binanın məxsus olduğu tikinti şikrətinin rəhbərliyi ilə profilaktik söhbətlər aparılıb.