Paytaxtın Binəqədi rayonunda yerləşən yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 13 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 65 kv.m olan tikinti materialları satışı mağazası 3 kv.m sahədə alşıb. Nəticədə sahəyə yığılan mallar zərər görüb. Mağazanın digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.