İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi dəstə üzvü saxlanılıb. Bu haqda bu gün, 17 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Binəqədi RPİ Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi dəstə üzvü, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 42 yaşlı Səfərov Ramil saxlanılıb. Onun üzərindən 3 kiloqramdan çox tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.
R.Səfərov narkotik vasitəni sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının göstərişi ilə əvvəlcədən müəyyənləşdirilən məkandan satış məqsədilə götürdüyünü bildirib.
Narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.