Paytaxtın Binəqədi rayonunda ağır yol qəzası baş verib. Bu haqda bu gün, 1 may tarixində Bakuplus.az xəbər verir.
Ötən gün, 21:14 radələrində adıçəkilən ərazidə VAZ-2107" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Nəticədə birinci alışaraq tamamilə kül olub. Sürücü və sərnişin həyatını itirib. “Mercedes”də olanlar isə xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
[video width="1080" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/05/video-bez-zvuka.mp4"][/video]