Bakının Binəqədi rayonunda kişi öz həyat yoldaşını öldürməkdə şübhəli bilinərək saxlanılıb. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə Cavadxan küçəsində qeydə alınıb. 45 yaşlı Rəşad Quliyev aralarında yaranmış mübahisə nəticəsində 32 yaşlı Aygül Quliyevanı bıçaqlamaqda şübhəli bilinir.
Binəqədi prokurorluğunda Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.