Bakının Binəqədi rayonunda quldurluq hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 9 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat verir.
Polis şöbəsinə verilən məlumata görə, oktyabrın 8-də M.Müslümova məxsus mobil telefon quldurluq yolu ilə mənimsənilib.
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən paytaxt sakini C.Quliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.