Binəqədi rayonunda yerləşən restoranda qanun pozuntuları aşkarlanıb. Bu haqda bu gün, 12 iyun tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
“Cratos Hall” restoranında havaya atılan borularda təmizləyici qurğulara texniki xidmət göstərilmədiyi və havaya normadan artıq tullantı atıldığı məlum olub. Aşkar olunan faktla bağlı restoranın səlahiyyətli nümayəndəsi Yaşar Qasımov cərimələnib.
Ətraf mühitin qorunmasında vətəndaşların həlledici rola malik olduğunu nəzərə alaraq, bütün təbiətsevərlərdən atmosfer havasına tullantıların atılması halları ilə rastlaşdıqda nazirliyin rəsmi sosial şəbəkə hesablarının mesaj qutusuna, 168 Çağrı mərkəzinə və “info@eco.gov.az” elektron poçt ünvanına məlumat vermələri xahiş olunur.