Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 17 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma ikimərtəbəli restoranda qeydə alınıb. Ümumi sahəsi 80 kv.m olan tikilinin mətbəxində havalandırma qurğusunda yağ qalıqları yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Restoran yanğından mühafizə olunub. Yanğın söndürülüb.