Bakının Binəqədi rayonunda sirkə turşusu içən gənc qız ölüb. Bu haqda bu gün, 23 sentyabr tarixində Bakuplus.az Lent.az-a istinadə xəbər verir.
Sentyabrın 19-da 20 yaşlı Aynur Həmidova zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Tibbi müdaxilələrə baxmayaraq, o, 22 sentyabr tarixində vəfat edib.
Gənc qız tərəvəz turşusunu bağlayan zaman səhvən sirkə turşusu içib.
Hazırda araşdırma aparılır.