Bakının Binəqədi rayonunda silahlı şəxs saxlanılıb. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş Oktay Xanlarzadə saxlanılıb. Onda lüləsi kəsilmiş odlu silah və 4 ədəd patron aşkarlanıb.
Hazırda araşdırmalar aparılır.
Vətəndaşlarla aparılaran profilaktik tədbirlərin nəticəsi olaraq 7 odlu silah, o cümlədən 5 “Kalaşnikov” avtomatı, 2 “Makarov” tapançası və 187 ədəd patron polis əməkdaşlarına təhvil verilib.